Bakıda qətlə yetirilən polis əməkdaşlarının kimliyi açıqlanıb.
ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyi həlak olan polis əməkdaşlarının kimliyini və fotolarını açıqlayıb.
Məlumata görə, həlak olanlar, polis serjantları - Mahir Ağayev, Mirəli Heydərov və polis kapitanı Eldəniz Məmmədovdur.
Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.



TƏCİLİ XƏBƏR: Bakıda atışma: 3 polis, 1 mülki vətəndaş öldürüldü
Polislərin qətli ilə bağlı daha bir ŞOK FAKT
3 polisi öldürülən polis rəisi kimdir?
Nazir qətlə yetirilən polisin dəfn mərasimində
Daha bir polis qətlə yetirildi- SƏRT REAKSİYA
Bakıda polis şöbəsində QƏTL
Bakıda polis zabiti sevgilisini və özünü güllələdi - TƏFƏRRÜAT
DƏHŞƏTLİ OLAY- Bakıda azyaşlı girov götürüldü
Partlayışda ölən polis bu tanınmışın oğlu imiş
Bakıda əməliyyat, polis atəş açmalı oldu və... - SON DƏQİQƏ
Nazir arvadını öldürən polislə bağlı ƏMR İMZALADI
Polisə müqavimət göstərən şəxsə atəş açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 