Son günlər hava şəraitinin pisləşməsi nəticəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bəzi təhsil müəssisələrinə ziyan dəyib.
ONN media xəbər verir ki, bu barədə sözügedən təhsil idarəsi məlumat yayıb.
Belə ki, güclü külək nəticəsində Lənkəran rayonunun Daşdalıqjar və Tütəpeştə kənd ümumi orta məktəblərinin dam örtüyünün bir hissəsi uçub, bina daxilinə su axıntısı baş verib.
Yağan leysan yağışlarından sonra Lənkəran rayon Biləsər kənd tam orta məktəbinin, Astara rayon Rinə və Burzubənd kənd tam orta məktəblərinin, Lerik şəhər 2 nömrəli tam orta məktəb və Lerik şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbləri də müəyyən dərəcədə zədələnib.
Qeyd edək ki, Astara rayon Rinə kənd tam orta məktəbinin daxilinə sel suları keçib, sinif otaqlarına daxil olub. Nəticədə sinif otaqlarında olan partalar, stullar, şkaflar yararsız hala düşüb. O cümlədən, Astara rayon Burzubənd kənd tam orta məktəbinin daş hasarının 25 metr hissəsi tam aşıb.
Hava şəraitinin pisləşməsi nəticəsində ziyan görmüş digər məktəb Lerik şəhər 2 nömrəli tam orta məktəbin isə qarşısında olan torpaq sahəsi və asfalt örtüyündə sürüşmə baş verib. Nəticədə məktəbin 30 metr olan daş hasarı və istinad divarları tam aşıb. Təqribən 200 kvadratmetrlik asfalt örtüyü sıradan çıxıb. Hazırda məktəb yolu bağlıdır.
Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.
Qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəblərdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra qısa zamanda müvafiq tədbirlər görüləcək



Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Yeni tədris ilində I sinfə nə qədər şagird gedəcək?
Emin Əmrullayevdən yeni təyinat
Bu gündən yeni dərs ili başlayır
Azərbaycanda orta məktəb yandı: 21 şagird...
Masallıda məktəb direktoru həbs olundu
Azərbaycanda 7 məktəb BAĞLANDI
Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?
Tərtərdə 11 məktəb dağıntılara məruz qalıb - RƏSMİ
"Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında voleybol yarışı keçirildi
Füzuli, Şuşa və Laçında il sonuna qədər neçə məktəb açılacaq?
SON DƏQİQƏ! - Məktəbin tavanı dərs zamanı çökdü
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 