ONN media xəbər verir ki, bu gün Xocalı rayon Kosalar kənd tam orta məktəbinin idman zalında Xocalı rayon Gənclər və İdman İdarəsinin və "Xocalının səsi" qəzetinin birgə təşkilatçılığı ilə "Xocalının səsi" qəzetinin 300-cü buraxılışı münasibətilə və "Biz zərərli vərdişləri yox, idmanı seçirik" devizi altında Xocalı rayon məktəbliləri arasında voleybol yarışı keçirildi.
Yarışda Kəlbəcər rayon 99 saylı tam orta məktəbin şagirdlərindən ibarət yığma komanda da iştirak etdi.
Yarışdan əvvəl Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və baş məsləhətçi Ramiz Alıyev çıxış edərək narkomaniyanın və digər zərərli vərdişlərin insan həyatına mənfi təsirindən danışdılar. Zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün və bu bəlanın fəsadları haqqında ətraflı məlumatlar verdilər. "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu qəzetin yaranma tarixindən və fəaliyyətindən söz açdı. Xocalı rayonunun yeganə mətbuat orqanının səhifələrində Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında mütəmadi yazılar verildiyini vurğuladı. Yarışın nəticəsinə əsasən, I yerə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin komandası, II yerə Xocalı rayon Yaloba kənd tam orta məktəbinin komandası, III yerə isə Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin komandası sahib oldu.



Xocalı rayon ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib
Prezident bu nazirliklə bağlı sərəncam imzaladı
Gəncədə vətənpərvərlik ruhunda film nümayiş etdirilib
Xəzər rayonunda təmizlik aksiyası keçirildi
Xocalılar növbəti Novruz bayramını doğma yurd-yuvalarında keçirməyi arzulayırlar
Xocalı rayonunda hesabat yığıncağı keçirildi
Mən bunu bilirdim ama demirdim- İlham Əliyev
Xocalı - ƏSRİN FACİƏSİ
Rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİNATI
Səbaildəki yeni İdman parkında kütləvi tədbirlər keçirilir
Xocalılar seçkiqabağı təşviqat mitinqində coşqu ilə çıxış etdilər
Nazir yeni idarə rəisi təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 