Bu gün axşam saatlarında Hirkan Milli Parkının Lənkəran rayonu Yuxarı Təngivan kəndi yaxınlığında yanğın hadisəsi baş verib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, ilkin ehtimala görə, yanğına səbəb meşədə giləmeyvə yığan kənd sakinlərinin odla ehtiyatsız davranmaları olub.
"Hadisə yerinə Milli Parkın, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın tez bir zamanda söndürülüb. Yanğın nəticəsində quru ot örtüyü yanıb", - deyə bildirilib.
Xidmət rəisi qeyd edib ki, təbiətdə olarkən vətəndaşların ehtiyatsızlığı, yanğın təhlükəsizliyi qaydalarına əməl etməmələri, təəssüf ki, belə fəsadlarla nəticələnir, meşə sahəsinə, ətraf mühitə ziyan dəyir:
"Bir şəxsin ehtiyatsızlığı bəzən hektarlarla meşəlikdə yanğın fəlakətinə gətirib çıxarır. Odur ki, hər kəsə, xüsusilə ətraf kəndlərdə yaşayan sakinlərə müraciət edirik, təbiətdə olarkən məsuliyyətli davranmağı, odla ehtiyatlı olmağı unutmayın və yanğına səbəb olmayın”.



Nazirlikdən yanğınla bağlı çağırış
Hirkan Milli Parkında YANĞIN
Hirkan Milli Parkında YANĞIN
Qızılağac parkında yanğın başlayıb
SON DƏQİQƏ: Qızılağac Milli Parkında yanğın başladı
Milli Parkda yanğınla bağlı YENİ XƏBƏR
Hirkan Milli Parkında yanğın hadisəsi baş verib
Hirkan Milli Parkında yanğınla bağlı SON MƏLUMAT - VİDEO
SON DƏQİQƏ: Hirkan Milli Parkında yanğın başladı
SON DƏQİQƏ: Milli Parkda güclü yanğın başladı, FHN havaya TƏYYARƏ QALDIRDI
Qaxda dağlıq ərazidəki yanğın söndürülüb - RƏSMİ
Lənkəranda baş verən yanğın söndürülüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 