Ötən ilin avqust ayında açıqlanmış yeni nəsil "Land Cruiser 250" modeli 10-13 iyun tarixlərində "Prado" sevənlərə təqdim olundu.
Gürcüstanda baş tutan təqdimat mərasimi maraqlı tədbirlər və test sürüşləri ilə yadda qaldı."Kutaisi Inn" hotelində baş tutan tədbirdə iştirakçılara "Land Cruiser 250" modelinin ənənəvi ruhuna sadiq qalınaraq yenilənmiş xarici görünüşü, "Multi-Terrain Select", "Crawl Control", Stabilizatoru Ayırma Mexanizmi kimi bir sıra yenilikləri, təkmilləşdirilmiş sürüş və idarəetmə performansı, həm yolda, həm də yolsuzluq şəraitindəki bənzərsiz rahatlığı haqqında geniş məlumat verildi. Azərbaycanı təmsil edən media qrupu tədbirə 11 iyun tarixində qoşuldu və 12 iyunda baş tutan test sürüşündə də iştirak etdilər. İlk baxışdan media qrupunun diqqətini çəkməyi bacaran avtomobil həm “Prado” ənənəsini, həm də müasir elementləri özündə birləşdirmə tərzi ilə hər kəsi təəccübləndirməyi bacardı."Toyota Caucasus" yeni modelin yolsuzluq bacarıqlarını göstərməyin ən gözəl üsulunu birbaşa sahədə təcrübə etmək olduğunu düşündüyündən iştirakçılar üçün Muaşi resortundan və Kulbaki gölündən keçərək Prometeus mağaralarında yekunlaşan bir test sürüşü marşrut xətti təşkil etti. İştirakçılar test sürüşü zamanı "Prado" əfsanəsinin daha da güclənməsini hiss edərək yeni modelin əvvəlki modellərlə müqayisədə hansı üstünlüklərə sahib olduğunu gördülər. Onlar "Multi-Terrain Select" sistemi ilə avtomobilin fərqli sürüş senarilərinə adaptasiya olmasını, "Crawl Control" sistemi ilə enişli-yoxuşlu yollarda sürətin stabil saxlanmasını, avtomobilin hər şəraitdə təqdim etdiyi komfortu və idarəetmənin hər kəs üçün rahat və əlçatan olmasını birbaşa təcrübə etdilər.“Toyota Land Cruiser 250” modelinin Azərbaycanda satışı, komplektasiyası və qiyməti ilə bağlı daha ətraflı məlumatı “Toyota”nın Azərbaycandakı rəsmi dillerlərindən əldə edə bilərsiniz.



Bakıda “Land Cruiser” piyadanı vurub öldürdü
"VAZ"larla "Prado" toqquşdu
Bu şirkət yeni avtomobil təqdim etdi
Nəcməddin Sadıkov Bakıda qəzaya düşdü: "10 min verdi ki..."
"iPhone 11"in özəllikləri açıqlandı
Maşın işıq dirəyini yerindən qopardı - BAKIDA
Ələt-Astara yolunda ağır yol qəzası olub
Erməni generallar qəzaya düşdü
Düşmənin QORXULU YUXUSU: Akar öz əlləriylə...
DİM dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirəcək
Gürcüstanda "Britaniya virusu" aşkarlandı
Akademik Musiqili Teatrın iyun repertuarı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 