“Mercedes-Benz” şirkəti IV nəsil “A-Class” modelini rəsmi olaraq ictimaiyyətə təqdim edib.
ONN media xəbər verir ki, bu barədə “Autonews.ru” məlumat yayıb.
Hetçbek yeni mühərrik, transmissiya, yarım-avtomat idarəetmə sistemi, həmçinin səsli idarəetmə imkanı verən intuitiv multimedia kompleksi ilə təchiz olunub.
Yeni modelin premyerası Amsterdamda keçirilən qapalı tədbirdə baş tutub. Alman şirkəti bildirib ki, müştərilər ilk hetçbekləri 2018-ci ilin iyun ayından etibarən ala biləcəklər.
Yeni model üzərində iş son bir neçə il davam edib. Həmin vaxt ərzində almanlar 100-dən çox prototipi sınaqdan keçirib. Sınaqlar dünyanın dörd müxtəlif iqlim zonasında: Avropa, Asiya, Afrika və Amerikada həyata keçirilib. Avtomobillər ümumilikdə Almaniya, İtaliya, Finlandiya, Fransa, İspaniya, BƏƏ, CAR, Çin və ABŞ-da 12 milyon kilometr qət edib.
Xarici görünüşünə görə “A-Class” ötən ilin noyabr ayında Los-Anceles avtoşousunda təqdim olunmuş kupe formalı yeni nəsil CLS sedanına bənzəyir. Avtomobilin eksteryerində əsas özəlliklərdən biri ön işıqların xromlanmış elementlərdən ibarət nazik diodlu lampaları, həmçinin iki seksiyalı fənərləridir.



Dünyada ən çox bu avtomobillər satılır
"iPhone 11"in özəllikləri açıqlandı
Bu saat şirkəti smart saat üzərində çalışır
“Apple” 3 yeni “iPhone” təqdim edəcək
Ən təhlükəsiz avtomobillər — SİYAHI
“Apple” 9 yeni “iPhone” təqdim edəcək
“iOS 13” təqdim edildi
Ferrari-dən bir ilk
Siri kişi səsi ilə danışa biləcək
Azərbaycanda yeni model "Peugeot" istehsal olunacaq
Ucuz iPhone 12 nə vaxt təqdim ediləcək?
Əfsanəvi Prado Gürcüstanda təqdim olundu!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 