2020-ci ildə 44 günlük müharibə davam etdiyi zaman İranda münaqişənin həlli üçün təkliflər sənədi hazırlandı.
ONN media xəbər verir ki, bu barədə İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Tehranda nəşr olunan xatirələr kitabında qeyd olunur.
Kitabda Zərif müharibə ərəfəsində İranın 4 ölkəyə təkliflərdən ibarət sənəd göndərdiyini bildirib:
“O zaman xarici işlər nazirinin müavini vəzifəsini icra edən Abbas Arakçı vasitəsi ilə Azərbaycana, Ermənistana, Türkiyə və Rusiyaya müharibənin bitməsi üçün hazırladığımız təklifləri göndərdik. Sənəddə işğalda olan torpaqların azad edilməsi, regionda kommunikasiyaların açılması, etnik azlıqların hüquqlarının qorunması, Tehranın dəstəyi ilə Naxçıvanla Azərbaycan arasında quru yolunun bərpası və Ermənistandan Qarabağa birbaşa dəhlizin fəaliyyət göstərməsi kimi təkliflər yer almışdı. Azərbaycan və Türkiyə təklifimizi müzakirəyə etməyə hazır olduqlarını bildirdilər, ermənilər birmənalı şəkildə rədd etdilər, Rusiya isə ümumiyyətlə reaksiya vermədi.
Biz proseslərdə İranın da iştirakını irəli sürdük, Bakı, İrəvan və Ankara qəbul etdi. Rusiya isə buna ehtiyac olmadığını dedi. Ermənilər bizim göndərdiyimiz o razılaşmanı qəbul etməməklə çox ciddi strateji səhvə yol verdilər. Paşinyan o zamankı təcrübəsizliyi ilə Arakçıya “siz Ermənistanı məğlubiyyəti qəbullanmağa məcbur etmək istəyirsiniz”, – dedi”.
Keçmiş XİN başçısı İranın Qarabağa görə dəfələrlə Ermənistana xəbərdarlıq etdiyini bildirib:
“2020-ci ildə Qarabağ Azərbaycana qayıtdı, Bakı işğalda olan torpaqları azad etdi. Qarabağın işğalda olduğu illər ərzində Tehran dəfələrlə İrəvana xəbərdarlıq edib. Başqa ölkənin ərazisinin işğalı qəbuledilməzdir”.
Zərif dolayı yolla İranın İrəvan üçün daha əlverişli sülh sənədi hazırladığını etiraf edib:
“O vaxt Ermənistanın biabırçı məğlubiyyətindən sonra mən İrəvana səfər etdim. Onlar etiraf etdilər ki, müharibəni daha uyğun razılaşma ilə bitirmək olardı. İrəvanın Tehranın təkliflərinə qarşı inadkar müqaviməti doğru deyildi”.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif 2013-2021-ci illər arasında İranın xarici işlər naziri olub. Danışıqlarda adıçəkilən Abbas Arakçı isə İranın növbəti xarici işlər naziri olmağa əsas namizəddir



Zərif Azərbaycana gələcək
İranda Türkiyə və Suriyaya mesaj
İran XİN başçısı Azərbaycana səfər edəcək
Azərbaycan və İran viza rejimini sadələşdirəcək
Cavad Zərifin Azərbaycana səfəri başladı
Azərbaycanla İran viza rejimini sadələşdirir
Bu ölkə Türkiyəyə zəlzələdən sonra yardım təklif etdi
Cavad Zərif Azərbaycana səfər edəcək
ABŞ dan İranın təklifinə rədd CAVABI
İrandan Qarabağ təklifi - Prezident AÇIQLADI
İranın Xarici İşlər nazirinin müavini Azərbaycana gəlir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 