Yaxın gələcəkdə İran vətəndaşları aeroportlarda Azərbaycan vizası ala biləcəklər.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Çıxışında iranlı nazir regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"Bizim regional əməkdaşlığa ehtiyacımız var. İran İslam Respublikası regionda həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq qurmağı planlaşdırır. Bu əlaqənin ən vacib sahələrindən biri tranzitdir. Biz Fars körfəzini Hind okeanı və Qara dənizlə birləşdirəcək ən sərfəli marşrut yaratmağa qadirik. Enerji və turizm sahəsində də imkanlar mövcuddur".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.
Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.



Azərbaycanla İran viza rejimini sadələşdirir
İran XİN rəhbəri Bakıya gəldi
Cavad Zərifin Azərbaycana səfəri başladı
Ceyhun Bayramov Məhəmməd Cavad Zəriflə görüşdü
Məmmədyarov iranlı həmkarına başsağlığı verdi
İran XİN rəhbəri Türkiyəyə yola düşüb
Bakıda 3 ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək
Zərif Azərbaycana gələcək
Bayramov Zəriflə regional təhlükəsizlikdən danışdı
Azərbaycan kimi, sizi də dəstəkləyirik - Çavuşoğlu
Zərifin Azərbaycana səfər tarixi və proqramı açıqlandı
İranlı nazirin istefası qəbul edilmədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 