Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib.
ONN media xəbər verir ki, iyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Aygün Şaitdin qızı Maniyevanın adı siyahıdan çıxarılıb.
YAP-dan bildiriblər ki, İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli qərarı ilə Aygün Şaitdin qızı Maniyeva başqa namizədlə əvəz edilib. Belə ki, növbədənkənar parlament seçkilərində YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsində Pərvanə Əlövsəd qızı Piriyeva təmsil edəcək.
Məlumata görə, Aygün Şaitdin qızı Maniyevanın namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.
Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub. Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.
Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi.
2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib



YAP-ın siyahısında yer alan XANIMLAR - ADLAR
Üç məşhur YAP siyahısından çıxarıldı
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
Aqil Abbas yenidən deputatlığa namizəd oldu
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
Daha bir müxalifət partiyası növbədənkənar parlament seçkilərində iştirak qərarı verdi
Ən gərgin dairədə lider müəyyənləşmədi- SƏBƏB?
Bələdiyyə seçkilərində bu iki məntəqənin nəticələri ləğv edildi
YAP namizədlərini müəyyənləşdirdi - SİYAHI
Hadı Rəcəbli seçkilərə gedir – Siyahıda ADI VAR
Yaşı 70-i ötmüş deputatlarımız - Siyahı
Əflatun Amaşov seçkilərə qatılmır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 