Alimlər müəyyən ediblər ki, hamiləlik zamanı riayət olunan qidalanma tərzi körpənin autizmə tutulma riskinə təsir edir.
ONN media bildirir ki, sosial qarşılıqlı əlaqə və ünsiyyətdə problemlər yaradan autizm spektri pozğunluğunun həm ətraf mühit, həm də genetik faktorlardan qaynaqlandığı düşünülür.
“JAMA Network Open” jurnalında dərc olunan yeni araşdırma çərçivəsində İngiltərə və Norveçin iki əhatəli məlumat bazasından istifadə olunub. Beləliklə, ən azı 95 min ana və körpənin məlumatları təhlil edilib.
Birləşmiş Krallıqda məlumatlar 1990-1992-ci illərdə və Norveçdə 2002-2008-ci illərdə toplanıb.
Uşaqlar ən azı 8 yaşına qədər izlənilib. Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik dövründə sağlam qidalanan anaların uşağına autizm diaqnozu qoyulma ehtimalı pis qidalananlara nisbətən 22 faiz aşağı olur.
Sağlam qidalanmaq dedikdə doymuş yağlardan, işlənmiş ətdən, şirin içkilərdən və lazımsız karbohidratlardan uzaq durmaq, eyni zamanda müntəzəm olaraq tərəvəz, meyvə, çərəz, balıq və tam taxıllar istehlak etmək nəzərdə tutulur.
Hamiləlik dövründə müntəzəm olaraq sağlam qidalanan anaların uşaqlarının sosial problemlərinin yaranması ehtimalının da 24 faiz azaldığı anlaşılıb.
Ananın pis qidalanmasının qız uşaqlarına daha çox təsir etdiyi müəyyən edilib.
Tədqiqatçılar hamiləlik zamanı riayət edilən pəhrizin DNT və ya immunitet sisteminə təsir göstərə biləcəyini irəli sürürlər.
Autizm hallarının təxminən 40-80 faizinin genetik mənşəyə malik olduğu təxmin edilir. Bu səbəbdən sağlam qidalanan analardan dünyaya gələn uşaqlarda da autizm ehtimalı var.
Tədqiqat qrupu tapıntılarını təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu etiraf edib.



Ürək xəstəliklərindən qorunmağın YOLLARI
Duz hansı xəstəliyə yol açır?
İnsultdan yayınmağın əsas üsulu nədir?
Alimlərdən hamilə qadınlarla bağlı MÜHÜM AÇIQLAMA
Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMA
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
Hamilə qadınlar hər gün bunu etməlidirlər
Qız Qalası mavi işıqla işıqlandırılacaq - SƏBƏB
Ömrü sürətlə qısaldan məhsul
Bu pəhriz ölüm riskini azaldır
Xəstəliklərə ən davamlı qan qrupu AÇIQLANDI
Bu kişilər daha uzun ömürlü olurlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 