Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən yolu sel suları yuyub, avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
ONN media xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci kilometrliyində Qusarçay üzərindəki körpüdə on gün əvvəl əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar körpünün yaxınlığında, çayın içindən alternativ yol çəkilib. Amma son günlər bölgədə yağan güclü yağışlar nəticəsində Qusarçaya gələn güclü sel alternativ yolun bir hissəsini yuyub. Hazırda Qubadan dövlət sərhədi, həmçinin Xudat şəhəri istiqamətində yol bağlıdır.
Qubada yerləşən “5 saylı Yol İstismarı MMC”nin mühəndisi Rövşən Babayev Azərtac-a bildirib ki, körpü yaxınlığındakı alternativ yol çayda suyun səviyyəsi azalandan sonra bərpa olunacaq:
“Hazırda çayda güclü sel müşahidə olunur. Həmin ərazidə texnikanın işləməsi mümkün deyil. Vəziyyətə nəzarət edirik. Suyun səviyyəsi azalan kimi, alternativ yol qısa zamanda bərpa ediləcək”.
Qusarçay üzərində uzunluğu 146, eni 10 metr olan körpünün əsaslı təmiri isə sentyabr ayında başa çatdırılacaq.



Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Kür çayı üzərindəki körpü təmir edilir
Kürdə suyun səviyyəsi qalxdı
Qubada sel körpünü uçurdu, 6 kəndlə əlaqə kəsildi
Xaçmazda uçan körpü ilə bağlı qərargah yaradıldı
Bakıda dəmir yolu körpüsü sökülür
DİQQƏT: Bu yolların hərəkəti məhdudlaşdırılacaq
Quba-Xınalıq yolu iki saat bağlı qaldı - NİYƏ?
Bu yolda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT
Qar və çovğun səbəbindən İsmayıllı yolu bağlanıb
DİQQƏT-Bu yol BAĞLANACAQ
SON DƏQİQƏ: Azərbaycanda güclü meşə yanğını başladı- YENİLƏNİB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 