Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi prosesi 5 avqust saat 23:59-da yekunlaşacaq.
ONN media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd olunub ki, ixtisas seçimində iştirak etmək üçün abituriyentlərin qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmamalıdır.
DİM-in 5 avqust saat 09:45-ə olan statistikasına əsasən, indiyədək Azərbaycan bölməsi üzrə 12 927, rus bölməsi üzrə isə 364 abituriyent ixtisas seçimi edib. Beləliklə, ümumilikdə 13 291 abituriyent kolleclərə qəbul olmaq üçün ixtisas seçimində iştirak edib.
Qeyd edək ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi ildən-ilə təkmilləşdirilir. Son illərdə kolleclərə maraq artmaqdadır.
Dövlət orta ixtisas təhsili müəssisələri ilə yanaşı, özəl kolleclər də fəaliyyət göstərir və abituriyentlərə müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
Xatırladaq ki, müsabiqəyə yalnız qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.



Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİM-dən bu abituriyentlərə MÜRACİƏT
Kolleclərə ixtisas seçimi başlayıb
Abituriyentlərin DİQQƏTİNƏ
Kolleclərə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
İxtisas seçimi nə vaxt başlayacaq?- Rəsmi
Kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadıldı
Sistem aktiv edildi: Bu şəxslər müsahibəyə buraxılmayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 