2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri Fərid Məmmədov və Firdovsi Abdullayevin nəşləri dəfn edilib.
ONN media-nın məlumatına görə, Fərid Məmmədovun nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər Xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli dövlət bayrağı atasına təqdim edilib.
Firdovsi Mais oğlu Abdullayevin qalıqları isə Gəncə şəhər Məhsəti qəsəbəsində yaşadığı evə gətirilərək valideynlərinə təhvil verilib. O, bu gün Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində iyulun 3-də Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri - 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.
Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.
Əsirlərin itkin düşməsinə görə iki nəfər məsuliyyətə cəlb edilib.



İtkin düşən hərbiçilərimizin qalıqları tapıldı
Daha 7 şəhid dəfn olunacaq
Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı
Daha 7 itkin şəhidimiz dəfn olunacaq
Daha iki şəhidimiz dəfn olunacaq
Daha 4 şəhidimiz dəfn ediləcək
Laçında itkin düşən hərbçilərimizin axtarışları davam edir
Azərbaycanda naməlum şəhidlərdən birinin kimliyi DƏQİQLƏŞDİRİLDİ
Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub
49 naməlum şəhidin qəbri ekshumasiya edildi
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olundu
Daha on şəhid dəfn ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 