Ötən gün Böyük Britaniyanın “The Telegraph” nəşrində yayımlanan məqalədə bir sıra maraqlı iddialar yer alıb.
ONN media xəbər verir ki, yazıda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinin ardından gərginləşən İran-İsrail münasibətləri və İranın yeni Prezidenti Məsud Pezeşkianla İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) arasında yaşanan bir sıra anlaşılmaz məqamlardan bəhs olunur.
Qeyd olunur ki, İran rəsmiləri hazırda Haniyənin öldürülməsinə qarşılıq İsrailə hansı şəkildə cavab veriləcəyi ilə bağlı fikir ayrılığına düşüblər.
Yazının ən diqqət çəkən hissəsində qeyd olunur ki, Məsud Pezeşkian birbaşa İsrail ərazisinə təşkil olunacaq mümkün hücum cəhdindən narahatdır. Bildirilir ki, İranın yeni lideri SEPAH-ın bu istəyinin onun prezidentlik nüfuzuna xələl gətirməyə hesablanan addım olduğuna inanır.
Məqalənin ən sensassion hisəsində isə qeyd olunur ki, Pezeşkian birbaşa zərbə endirmək əvəzinə, İsrailin qonşu ölkələrdəki gizli bazalarını hədəf almağı təklif edib.
Mənbə olaraq İran liderinin müavininə istinad edilən həmin hissədə qeyd olunur ki, Məsud Pezeşkian təklif edib ki, İran Azərbaycanda və ya İraq Kürdüstanında yerləşən İsrail “bazaları”ndan birini hədəf alsın və yaşanabiləcək gərginliyin qarşısını almaq üçün bu ölkələrə əvvəlcədən xəbərdarlıq edilsin.
Qeyd olunub ki, İran daha əvvəl İraq Kürdüstanında İsrailin kəşfiyyat agentliyi olan Mossad-ın “casus bazaları” adlandırdığı yerləri hədəfə alıb.



İran xüsusi əməliyyata hazırlaşır
Pezeşkian bu gün ilk mətbuat konfransını keçirir
İranın yeni prezidenti artıq bu sazişə hazırdır
Haniyənin qətlində cəsusların rolu olub?
Xomeneiyə ağır zərbə
HƏMAS lideri öldürüldü
“İŞLƏMƏYƏ İMKAN VERMİRLƏR” - İranın yeni Prezidenti od püskürdü
İran İsrailə niyə hücum etmədi?
İsrail sərt cavab alacaq - Musəvi
Yeni prezidentə görə dava düşdü
İran prezidenti qaldı yol ayrıcında- Yunuz Oğuz
Pezeşkian Azərbaycana səfərə gələcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 