Yeni tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq. Ancaq ali təhsil müəssisəsinə hələlik rektor təyin edilməyib.
Bəs universitetə hazırda kim rəhbərlik edir?
ONN media mövzu ilə bağlı Azərbaycan Texniki Universiteti ilə əlaqə saxlayıb.
Təhsil müəssisəsindən bildirilib ki, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rəhbərliyi müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevə həvalə olunub.
Məlumata görə, yaxın vaxtlarda TAU-ya yeni rektorun təyinatı gözlənilir.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.
TAU Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən keçmiş binasında fəaliyyət göstərəcək. Abituriyentlər ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.



Azərbaycan və Türkiyə arasında yeni universitet yaradılır
Azərbaycan və Türkiyə arasında sənədlər imzalandı
Azərbaycan-Türkiyə birgə universiteti YARADILIR
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi
Nazir yeni rektoru kollektivə təqdim etdi
Əmrullayevdən 5 universitetlə bağlı qərar
İlham Əliyev daha bir sərəncam imzaladı
Qarabağ Universitetinin bu fakültələri köçürüləcək
Zakir Həsənov: Türkiyə modelinin tətbiq edilməsi...
Bu universitetə rektor təyin edildi
Şuşa Real Məktəbində tədris başlayır - Tarix
ADPU-nun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 