Azərbaycanda 5 universitetin akkreditasiya şəhadətnaməsinin müddəti uzadılıb.
ONN media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının yeni tərkibdə keçirilən ilk iclasında qərar qəbul edilib.
Bildirilib ki, iclasda bir sıra ali təhsil müəssisələrində həyata keçirilmiş institusional akkreditasiya qiymətləndirməsi əsasında müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib. Müzakirənin yekununda baş tutmuş səsvermənin nəticələrinə uyğun olaraq Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri "əsasən uyğundur" hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin isə institusional akkreditasiya nəticəsinin "qismən uyğundur" hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.
Bundan başqa, qaydalara uyğun olaraq institusional akkreditasiyası 2023-cü təqvim ilində nəzərdə tutulmuş Naxçıvan Dövlət Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddətinin 1 ilədək uzadılması ilə bağlı müraciəti müzakirə edilərək Şurada sasverməyə qoyulub və institusional akkreditasiyanın keçirilməsinin 2024-cü təqvim ilinə təyin edilməsi barədə müvafiq qərar qəbul edilib.
Məlumat üçün bildiririk ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edib. Şuranın iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydalanı'na uyğun olaraq təşkil olunur. İclaslarda tahsil və ya müvafiq elmi tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, tabeliyində təhsil müəssisəsi olan nazirliklər, təşkilatlar və idarələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir//axar.az



Bağlanmış universitet dövlət idarəsini məhkəməyə verdi
Hansı universitetlərin akkreditasiyası keçiriləcək? - SİYAHI
Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
Jurnalistlərin akkreditasiya QAYDALARI
Tələbələrə ŞAD XƏBƏR: Təhsil xərcləri...
Bu universitetlər akkreditasiyadan keçə bilmədi
Əli Əsədovdan jurnalistlərlə bağlı qərar
Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI
Jurnalist vəsiqəsi verilmiş şəxslərin bu imtiyazları olacaq
İlham Əliyev daha bir sərəncam imzaladı
42062 nəfər tələbə adı qazandı
Baş nazir təhsillə bağlı qərarda dəyişiklik etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 