Avqustun 20-də I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başa çatıb. Ancaq subbakalavrların bu il müsabiqədə qəbul şanslarının olmadığına dair fikirlər dolaşır. Bunun səbəbini I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin sayının çox olması ilə əlaqələndirirlər.
ONN media mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinə sorğu ünvanlandı. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə məsələyə münasibət bildirdi:
"Subbakalavrlar da müsabiqədə iştirak edirlər. Sadəcə qaydalara əsasən, hər hansı bir plan yerinə ilk növbədə imtahanda iştirak edən abituriyentlər yerləşdirilir. Boş yer qaldığı təqdirdə subbakalavrların yerləşdirilməsi (ümumi orta müvəffəqiyyət göstəricilərinə əsasən) aparılır. Subbakalavrların şansı ixtisas qrupları və konkret ixtisaslara görə dəyişir. Bu il subbakalavrların daha çox II ixtisas qrupuna aid ixtisaslara qəbul olmaq şansları var. Çünki faktiki olaraq bu qrup üzrə ayrılan plan yerləri müsabiqədə iştirak edən abituriyentlərin sayından çoxdur. Digər qruplarda da müəyyən ixtisaslara subbakalavrlar qəbul ola bilərlər. Müsabiqə nəticələri elan olunanda nə qədər subbakalavrın ali təhsil müəssisələrinə qəbul olunduğu haqqında statistik məlumat da veriləcək. Məsələn, ötən il ümumilikdə 6 mindən çox subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub



Kollec məzunları universitetə imtahansız necə qəbul olunacaq? - DİM-dən şərh
DİQQƏT: Bu gündən ixtisas seçimi başlayır
Ali məktəblərə sənəd verənlərin NƏZƏRİNƏ
DİM mühüm xəbərdarlıq etdi
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb
Ali məktəblərə ixtisas seçimi başlayır
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
Ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı DƏYİŞİKLİK EDİLDİ
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
DİQQƏT- Nəticələr açıqlandı
İmtahansız tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 