Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək.
ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili məüssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər. İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aprelin 15-dək "Abituriyentin elektron ərizəsi" forması təsdiq olunmalıdır. Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır. İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.



Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Abituriyentlərin DİQQƏTİNƏ
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanıdır
Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
Peşə məktəblərinə ərizə qəbulu başa çatır
Nəticələr AÇIQLANDI
Sistem aktiv edildi: Bu şəxslər müsahibəyə buraxılmayacaq
Aprelin 28-də keçirilmiş imtahanların nəticələri məlumdur
Ali məktəblərə tələbə QƏBULU BAŞLADI
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Ölkədə növbəti imtahanlar keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 