Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 6-da dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək üçün qeydiyyat 5 sentyabr saat 14:00-dan 25 sentyabr saat 14:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər üçün Bakıda 2500, Naxçıvanda 250 yer ayrılıb.
İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.
İmtahan vermək istəyənlərin DİM-in internet portalında şəxsi kabineti olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. Şəxsi kabinet yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikat 5 il qüvvədə olur. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.



DİM-dən dövlət qulluğuna hazırlaşanların NƏZƏRİNƏ
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin nəzərinə...
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Məmur olmaq istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğuna işləmək istəyənlərin DİQQƏTİNƏ
Dövlət qulluğu imtahanına 3 gün qaldı
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna növbəti qəbul nəvaxt olacaq?
Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edildi
Dövlət qulluğuna hazırlaşanların diqqətinə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 