Azərbaycan və Tiktok kontent monetizasiyasından əldə edilən gəlirləri vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir.
ONN media xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.
Tiktok istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.
"Son illərdə Azərbaycan milli biznesin rəqabət qabiliyyətini artırmağa və onu yeni səviyyəyə çıxarmağa aktiv şəkildə çalışır, sahibkarlara dəstək olmaq üçün zəruri alət və infrastrukturu təmin edir. Dövlət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bu məqsədlərə yalnız kiçik və orta müəssisələrin dəstəklənməsi deyil, eyni zamanda effektiv rəqəmsal ekosistemin yaradılması da daxildir. Bu sistemdə məlumatların emalı mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır," - deyə o qeyd edib.



Müşahidə Şurasının tərkibi genişləndirildi - Fərman
İqtisadiyyat Nazirliyində YENİ TƏYİNAT
Azərbaycanda Milli Süni İntellekt Strategiyası hazırlanacaq
"TikTok"dan YENİLİK
Azərbaycanda rəqəmsal manat yaradıla bilər
Mərkəzi Bankın dəstəyi ilə keçirilən III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır
İlham Əliyev fərman imzaladı
Azərbaycanda TikTok bağlanılır?
Rusiya XİN ABŞ-a ETİRAZ NOTASI VERDİ
Tiktoka məhdudiyyət aradan qaldırıldı
TikTok daha bir ölkədə qadağan edilir?
"TikTok" bu ölkədə də qadağan edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 