Mərkəzi Bankın dəstəyi, Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iştirakı ilə keçirilən "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlamışdır.
Mərkəzi Bankdan ONN media -ya verilən məlumata görə, iki gün davam edəcək, 40 nəfərə yaxın beynəlxalq və yerli spikerin, 500 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının sədrinin birinci müavini Alim Quliyev bildirdi ki, forum əksər ölkələrin islahat gündəliklərinin ayrılmaz hissəsi olan iqtisadiyyatın, maliyyə xidmətlərinin rəqəmsallaşması kimi aktual məsələlərin müzakirəsinə həsr olunub. Uzunmüddətli iqtisadi inkişafın başlıca baza determinantlarından biri olaraq rəqəmsallaşma bütövlükdə müasir rəqəmsal texnologiyalar əsasında dövlət idarəetməsinin, biznesin inqilabi transformasiyası deməkdir.
O, öz çıxışında qeyd etdi ki, Azərbaycanda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, bir çox dövlət proqramları qəbul olunmuş, yaxın, orta və uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişaf hədəfləri müəyyənləşdirilmişdir. Bu hədəflər arasında rəqəmsal iqtisadiyyat quruculuğu əhəmiyyətli yer tutur.
A.Quliyev ölkədə rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək olan Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əhəmiyyəti barədə məlumat verdi. Dövlət Proqramının strateji məqsədi iqtisadi dövriyyələri bank sektoruna cəlb etməklə, maliyyə sektorunun kreditləşmə və investisiya imkanlarının artırılması və bununla da əhali və biznesin ucuz maliyyə resurslarına çıxışının genişləndirilməsidir. Nəzərdə tutulan tədbirlər ölkədə nağdsız iqtisadiyyatı genişləndirməklə kölgə iqtisadiyyatını azaldacaq və rəqəmsal bankçılığının inkişafına təkan verəcəkdir. Rəqəmsal ödənişlərin genişləndirilməsi iqtisadiyyatda monetar və fiskal nəzarətin güclənməsinə imkan verməklə makroiqtisadi siyasətin effektivliyini də artıracaqdır.
Çıxışının sonunda A.Quliyev iki gün davam edəcək forumun işində uğurlar arzu edərək tədbiri yüksək səviyyədə təşkil edən Azərbaycan Banklar Assosiasiyasına öz təşəkkürünü bildirdi.



Azərbaycanda rəqəmsal manat yaradıla bilər
Mərkəzi Bank keçirtdiyi müsabiqənin qaliblərini mükafatlandırdı
Azərbycanın bu bankı özəlləşdirilir
Azərbaycan bankları Qarabağda xidmət göstərməyə hazırlaşır
Mərkəzi Bankın bu işçiləri işdən çıxarıldı?
Mərkəzi Bankda media nümayəndələri üçün təlimlər keçirilmişdi
İlham Əliyev daha iki sərəncam imzaladı
Mərkəzi Bank tərəfindən “Elektron bankçılıq” haqqında animasiya hazırlanmışdır
Beynəlxalq Bankın rəhbərliyində dəyişiklik – Yeni təyinatlar
Mərkəzi Bank Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsi istiqamətində tədbirlərə start vermişdir
Prezident tapşırıq verdi: banklar hərəkətə keçdi
Mərkəzi Bankın yeni uğuru
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 