Məktəbəqədər təhsil müəssələri uşaqların təlim-tərbiyəsi, sosiallaşması, formalaşması üçün təməldir. Statistakaya görəbağçalarda çalışan 31 minə yaxın tərbiyəçi-müəllim sertifikatlaşdırmaya cəlb olunacaq. Hazırda uşaq bağçalarında 6 minə yaxın pedeqoji təhsili olmayan tərbiyəçi-müəllimin çalışdığı bildirilir. Sertifikasiya imtahanının necə keçiriləcəyi və pedaqoji təhsili olmayan tərbiyəçi-müəllimlərin məktəbəqədər təhsildəki yeri və onların aqibəti maraq doğurur.
Təhsil eksperti Elçin Əfəndi xatırladıb ki, məktəbəqədər təhsil pilləsi üzrə nəzarət 2 il bundan öncəyə qədər yerli icra hakimiyyətlərinin tabeliyində olsa da, sonradan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib:
“Yerli icra hakimiyyətlərinin tabeliyində olarkən böyük əksəriyyəti pedaqoji təhsili olmayan şəxslər məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim kimi işə götürülüb.
Elm və Təhsil Nazirliyi digər təhsil pillələrində olduğu kimi, bu təhsil pilləsində müəllimlərin sertifikatlaşdırılmasını həyata keçirməyi planlaşdırır. Ehtimal ki, sertifikasiya nəticəsində biz bu sahədən uzaqlaşdırılan kifyət qədər “müəllim” görəcəyik. Həmin müəllimlərin yerini doldurmaq üçün mərkəzləşmiş qaydada yenidən qəbul imtahanı keçiriləcək.
Məktəbəqədər təhsil pilləsi də strateji təhsil pilləsidir. Burda uşaqlara nə qədər yaxşı bilik və bacarıq aşılanarsa, yuxarı təhsil pilləsində daha müsbət nəticələr əldə etmək olar. O nöqteyi-nəzərdən burada vacib şərt təhsilverənlərin ixtisas sahibləri olmalarıdır.
Məntiqi ardıcıllıq kimi bağça müdirlərinin də müvafiq üsulla yoxlanılması aparılacaq, böyük əksəriyyəti vəzifədən uzaqlaşdırılacaq. Onların əvəzinə yeni bağça müdirləri mərkəzləşmiş qaydada işə cəlb olunacaq”.
Ekspert bildirib ki, pedaqoji təhsili olmayan şəxslər sırf ixtisas sahibi deyilsə, 2-5 yaş arası şagirdlərlə doğru-düzgün işləyə bilməzlər.
E.Əfəndi qeyd edib ki, sertifikasiya imtahanında tərbiyəçi-müəllimlərin ixtisas bacarıqları yoxlanılacaq:
“Mövcud təhsil-tədris proqramlarında, yəni kurikulum əsasında bilik və bacarıqları qiymətləndiriləcək və psixoloji cəhətdən də ola bilsin ki, müsahibə mərhələsində yoxlama aparılsın”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə deyib ki, sertifikatlaşma müəllimlərin peşəkarlıq səviyyəsinin ölçülməsi deməkdir:
“Zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan bütün işçilərin, eləcə də məktəbəqədər təhsil müəssələrində işləyən şəxslərin peşəkarlıq səviyyəsi ölçüləcəkdir. Əvvəl məktəbəqədər tərbiyə müəssəsi deyilirdi, bu gün isə məktəbəqədər təhsil müəssəsi deyilir. Bu o deməkdir ki, bağçanın fəaliyyət məzmunu yenilənir, təkminləşir, müasirləşir. Bununla bağlı olaraq, məktəbəqədər təhsil müəssisəsində bütün tərbiyəçilərin sertifikatlaşmadan keçməsi zəruridir, çünki məktəbəqədər təhsil müəssisələrində uşaqların məktəbə hazırlığının əsası qoyulur. Bu əsas nə qədər möhkəm qoyularsa, şagird növbəti təhsil səviyyələrində daha uğurlu olacaq. Bu səbəbdən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin sertifikasiyası çoxvacibdir.
İlkin mərhələdə məktəbəqədər təhsil müəssisələrinin işçiləri ilə diaqnostik qiymətləndirmə həyata keçiriləcək. Diaqnostik qiymətləndirmə sertifikatlaşmadan öncə həyata keçiriləcək, onlar bu yolla sertifikatlaşmaya hazırlaşacaqlar. Diaqnostik qiymətləndirmə prosesində müəllimlər üçün təlimlər, daha onlarla sonra sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı onlayn və əyani formada olacaq. İmtahan verən şəxs özünün asudə vaxtına uyğun olaraq imtahan formasını seçə bilər. Bunlar bitəndən sonra isə sertifikatlaşma həyata keçəcək”.
“Bəzən qeyd edirlər ki, məktəbbəqədər təhsil müəssisələrində pedaqoji təhsili olmayan şəxslər fəaliyyət göstərirlər. Bununla bağlı məndə elə bir informasiya yoxdur. Ola bilər hansısa uşaq bağçalarında belə insanlar fəaliyyət göstərsinlər. Sertifikatlaşma prosesində onların hər birinin fəaliyyəti təhlil ediləcəkdir. Daha kefiyyətli, daha səriştəli tərbiyəçilər öz fəaliyyətlərini davam etdirəcəklər. Səriştəsi aşağı səviyyədə olan tərbiyəçilər isə pedaqoji prosesdən uzaqlaşdırılacaqlar. Bunu biz təəssüf hissi ilə qeyd edirik və arzu edirik ki, tərbiyəçilərin hər biri sertifikatlaşmadan yüksək bal toplasınlar”, - H.Əlizadə əlavə edib.



Tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Prezidentdən dövlət bağçaları ilə bağlı - SƏRƏNCAM
Sertfikasiya imtahanı ilə bağlı YENİLİK
Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ
Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi
Müdir olmaq istəyənlər üçün sənəd qəbulu başlayır
Bağça müdiri olmaq istəyənlərin nəzərinə - MÜRACİƏT
Elm və Təhsil Nazirliyi 332 milyon manatı hara xərcləyib?
Bu müəllimlər işdən çıxarılacaq?- Nazir açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 