Qazaxıstan və Rusiyada taxıl sahəsində yaranan qıtlıq, bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin bahalaşacağı deyilir. Bir müdət əvvəl isə Azərbaycanda unun topdansatış qiymətinin son aylarla müqayisədə aşağı düşdüyü üçün çörəyin ucuzlaşacağı gözlənilirdi.
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, dünya bazarında, o cümlədən regionda baş verən proseslər iqtisadi qeyri-müəyyənlikləri artırır.
“Təbii olaraq, hər bir ölkə çalışır ki, ilk növbədə mühüm əmtəə qrupları üzrə daxili bazarını qorusun, lazım olan həcmdə məhsul çıxarsın. Bizim Rusiya və Qazaxıstanla kifayət qədər dayanıqlı ticarət əməkdaşlığımız var. Bu bizim daxili bazarın taxıl ilə təminatı nöqteyi-nəzərdən sabitliyin qorunmasına şərait yaradır. Amma Qazaxıstanda da, Rusiyada da buğda ixracı ilə bağlı müəyyən məhdudiyyətlər vaxtaşırı olur və belə olan halda qiymətlərə təsiri gözləniləndir”, - o qeyd edib.
Ekspertin fikrincə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması, sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür:
“Amma yenə də idxaldan asılılıq mütləq şəkildə bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir. Düşünürəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Biz lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar. Eyni zamanda davamlı şəkildə çörək istehsalçılarının daha əlverişli şərtlərlə kredit resurslarına çıxışlarını təmin etməliyik. Çünki son nəticədə kreditin baha olması bilavasitə qiymətlərə öz təsirini göstərir”.



Ekspertdən açıqlama: Çörək ucuzlaşacaq?
Azərbaycanda çörək bahalaşacaq?
Gələn ildən çörək bahalaşacaq
Unun qiyməti niyə bahalaşıb?
Azərbaycanda un və çörəyin qiyməti ucuzlaşdı
Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR
Çörəyin qiyməti bu tarixdən ucuzlaşa bilər?
Azərbaycanda çörək BU QİYMƏTƏ OLACAQ - RƏSMİ
Çörəyin qiyməti bahalaşa bilər?
Azərbaycanda çörəyin qiyməti bahalaşdı
Azərbaycanda bu məhsullar ucuzlaşacaq
İranın bütün bölgələrində çörək bahalaşır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 