Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və dövriyyəsinin həcminə görə İtaliya və Türkiyədən sonra 3-cü pillədə qərarlaşır. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,995 mlrd dollar olub ki, bunun da 2,74 mlrd dollarını və ya 69%-ni idxal təşkil edib. İdxal məhsullarının həcminə görə, Rusiya birinci yerdə qərarlaşır və bu ölkədən Azərbaycana bir çox məhsullar gətirilir.
Rusiya-Ukrayna münaqişəsi fonunda Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin milli valyutasını da kəskin ucuzlaşdırıb. Son olaraq rubl ABŞ dolları qarşısında 30-40% ucuzlaşma nümayiş etdirib.
Rublun dəyər itirməsi ilə bu ölkədən idxal olunan malların qiymətinin necə dəyişəcəyi də sual doğurur.
İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirib ki, bəzi məhsullar üzrə Rusiya bazarından asılıyıq: “Kağız və karton məhsulları, meşə sənayesi məhsulları, metal aksessuarlar, gübrə idxalının əhəmiyyətli hissəsi, taxıl məhsulları bu ölkədən idxal olunur. İdxal olunan bəzi məhsulların istehsalı üzrə dəyər zəncirinin əhəmiyyətli hissəsi Rusiyadadır. Bəzilərini isə özü idxal edərək emal edib göndərir. Rublun dəyərdən düşməsi Rusiya məhsullarını manat valyutasında ucuzlaşdıracaq”.
Lakin ekspert bildirib ki, rublun 30-40% dəyərdən düşməsi, Rusiya məhsullarının da birbaşa eyni həddə ucuzlaşacağı anlamına gəlmir. Burada ucuzlaşma daha az ola bilər: “Bəzi məhsullarda çatışmazlıq yarana, bu da bahalaşmaya yol aça bilər. Çünki Rusiya istehsal etdiyi bəzi məhsulların komponentlərini xaricdən dollar və avro ilə alır. Həmin malları almaq çətinləşərsə, Rusiyada müəssələrin istehsalının həcmi aşağı düşə bilər. Alınan xammal və materialların da dəyəri rublun ucuzlaşması fonunda bahalaşır. İlkin olaraq rus rublunda qiymətlər ucuzlaşsa da, daha sonra Rusiyada idxal da bahalaşdığı üçün ucuzlaşma eyni miqdarda olmayacaq”.
Azərbaycanda Meşə sənayesi – taxta, şalban, dsp, mdf məhsullarının ucuzlaşması mümkündür. X.Kərimlinin sözlərinə görə, bu malların maya dəyəri Rusiyada formalaşdığı üçün daha çox ucuzlaşma bu məhsullarda ola bilər: “Eyni zamanda bu məhsulların emalı xaricdən alınan mallarla olur. Bu kimi hallar maya dəyərini artıracaq. Sonda ucuzlaşma rubldakı ucuzlaşma qədər yox, daha az olacaq. Bu isə bir neçə aydan sonra daha çox müşahidə olunacaq”.
Taxıl məhsullarına gəldikdə isə Rusiyadan 2 milyard dollarlıq idxalın təqribən 300 milyon dollara qədərini bu məhsullar təşkil edir. Taxıl məhsullarının qiyməti dünya bazarında formalaşır və dəyəri dollar və avroda ifadə olunur: “Rusiya-Ukrayna konflikti dünya bazarında bu qiymətləri artır. Müharibə sayəsində hasilat və ixracın azalacağı qorxusu ilə taxıl məhsulları bahalaşmağa davam edir”.



Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Gömrük rüsumu ləğv edildi: Bu məhsullar ucuzlaşacaq
İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək
Azərbaycana məhsul idxal edən ölkələr — SİYAHI
Azərbaycan bu ölkədən 13,48 milyon dollarlıq şokolad aldı
Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir
Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq - VİDEO
Lirənin ucuzlaşması manata təsir edəcək?
Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA
Naxçıvan bu ölkələrə məhsul ixrac edir
Bitki yağının qiyməti dəfələrlə bahalaşacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 