Bakı yaxınlığında, Nardaran və Bilgəhdə dəniz kənarında inşa edilən supermüasir yaşayış və istirahət kompleksi "Sea Breeze Resort"a iri investisiyalar yatırılır.
ONN media xəbər verir ki, burada inşa edilən minlərlə mənzil investorlar üçün maraqlı yatırım hədəfinə çevrilib. Artıq burada yatırım rekordları qeydə alınmaqdadır.
İndiyədək kompleksə ən böyük yatırım bir investor tərəfindən 3 binanın alınması olub. Bu barədə kompleksin sahibi və rəhbəri Emin Ağalarov bildirib. Onun sözlərinə görə, bir investor sözügedən binalardakı 360 mənzilin hamısını alıb:
"Müştəri yaxınlaşdı, layihəyə inandı və bildirdi ki, yaxşı endirim edilsə, 3 bina, buradakı 360 mənzilin hamısını alacaq. Biz ona 1 il vaxt verdik, bu müddət ərzində binalar hazır olacaq. Bu, indiyədək qeydə alınan ən böyük satış müqaviləmizdir", - deyə E.Ağalarov bildirib.
"Sea Breeze"in sahibi bildirib ki, müştəri bu 360 mənzili sonradan, layihə bitəndən sonra satmaq üçün alır:
"O bilir ki, bu alqı-satqıdan 50% qazanacaq".
Kompleksə böyük məbləğ yatıran 2-ci müştəri isə 100 mənzil alıb. Emin Ağalarov bildirib ki, ümumilikdə kompleksdə 1700 mənzil vardı və 2-ci müştəri gəldikdə onlardan cəmi 100 mənzil qalmışdı, həmin investor da satışda olan sonuncu 100 mənzilin hamısını əldə edib:
"Layihə bitdikdən sonra həmin investor ikitərəfli qazanacaq – indi kvadratmetri 1500 dollara alınan təmirsiz mənzilləri o, layihə bitdikdən sonra 3000-3500 dollara asanlıqla sata biləcək".
Emin Ağalarov bildirib ki, kompleksdəki mənzilləri təmirsiz alıb, sonradan təmir edib satmaq çox gəlirlidir:
"Mən bank olsaydım, bu mənziləri satmazdım, sadəcə təmir edib, sonradan təmirli satardım".



"See Breeze"-ə nə qədər pul xərclənib?
Emin Ağalarov vəzifəsindən ayrıldı
Emin Ağalarov "Jara" ilə bağlı AÇIQLAMA YAYDI
Ağalarovlar külli miqdarda kredit götürdü
Talıbovların Dubayda milyonluq mülkləri üzə çıxdı
Emin Ağalarov "Jara"nın adını dəyişdi: Türk müğənnilər gələcək
Ağalarovlar Azərbaycanda daha 7 restoran açacaq
Cenifer Lopez Azərbaycana gələcək?
Emin Ağalarovdan Bakıda tikdirəcəyi bulvarla bağlı PAYLAŞIM
“Jara-2020” keçiriləcək? - Emin Ağalarovdan AÇIQLAMA
Emin Ağalarov rus kanalında: Qarabağ bu cür həll olunmalıdır – VİDEO
Sosial mənzil sahibi olanların DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 