İşğaldan azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də təyyarə ilə getmək mümkündür. Bunun üçün vətəndaşlar "Yolumuz Qarabağa" portalı üzərindən icazə əldə etməlidirlər. Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də səfər edə bilirlər.
Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla "Zəfər Yolu" və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın marşrutu ilə mümkündür.
Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprel ayının 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub.
Vətəndaşları maraqlandıran digər məsələ isə Xankəndi şəhərinə səfərlə bağlıdır.
Yəni Xankəndi şəhərinə getmək üçün hansı tələblər var? Xankəndi şəhərinə getmək üçün prosedur necədir?
ONN media xəbər verir ki, məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən Bizim.Media-ya verilən açıqlamada Şuşaya səfər üçün icazə almaqla Xankəndi şəhərinə də getməyin mümkün olduğu bildirilib.
"Xankəndi şəhəri üçün ayrıca icazə tələb olunmur. Təyinat nöqtəsini Şuşa seçməklə Xankəndi şəhərinə də səfər etmək olur. Eyni şərtlər burada da keçərlidir", -deyə qurumdan qeyd olunub



Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır
Laçının hansı kəndləri rusların nəzarətindədir?
Daha 23 ailə Laçına köç edir
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Ağdama getmək istəyənlərə ŞAD XƏBƏR- Sabah...
Azərbaycan ordusu LAÇINDA- ƏLİYEV AÇIQLADI
Şuşa və Ağdamı ziyarət edənlərin sayı açıqlandı
Zabuxa növbəti köç karvanı yola salındı
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb
Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ
İlk 40 turist Şuşaya səfər etdi
Bu tarixdən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 