Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
Narinin digər şübhəlilərlə birlikdə saxlanılan və daha sonra azadlığa buraxılan atası Arif Güran mətbuata ilk açıqlamasını verib.
"Arzum o idi ki, qızım sağ tapılsın. İlk gündən deyirik ki, dövlət buradadır. Dövlət əlindən gələndən də artığını etdi. Qızımın məzarının olması belə, dövlətin səyi nəticəsindədir.
İstintaqla bağlı onsuz da məxfilik qərarı var. Kim edibsə, Allahın izni ilə, dövlət hamısını tapıb aşkara çıxaracaq. Prokurora verdiyim ilk ifadəm də, son ifadəm də eynidir. İstintaqla bağlı heç nə demək istəmirəm. Dövlət mənimlə heç nəyi bölüşmür. Siz nə bilirsinizsə, mən də onu bilirəm.
Bu araşdırma üçün dövlət istənilən şəxsi saxlaya bilər. Dövlət kimdən şübhələnirsə, onu da istintaqa cəlb edə bilər. İstintaq bitənə qədər bütün kəndi belə cəlb edə bilər. Mən kimdən şübhələndimsə, jandarma ilə paylaşdım.
Şübhələndiyim biri olsaydı, jandarmaya bildirərdim. Kənd 90 evdən ibarətdir. Güran soyadında cəmi 10 ev var. Əsrlərdir ki, bu kənddə yaşayırlar. Bilsəydim, deyərdim. İnanıram ki, ədalət öz yerini tapacaq. Biz Türkiyə Respublikasında yaşayırıq. Heç nə gizli qalmayacaq. Dövlət qızımın qatilinin qanını yerdə qoymayacaq. Türk xalqı mənim qızıma sahib çıxdı, Allah onlardan razı olsun.
Bunu edənlərə də Allah lənət eləsin, biz kiçik bir ailə idik" , - deyə o bildirib.
"Qızımın acısını yaşaya bilmirəm. Səhərə yaxın evə gələndə qızımın məzarına getdim. Fenomenlər qızımın məzarına gəlib şəkil çəkirlər. Tanımadığım insanların qızımın fotolarını çəkməsini və fenomenlərin qızımdan faydalanmasını istəmirəm. Xahiş edirəm, etməsinlər. Allah xatirinə, etməyin. Hazırda dövlət və prokuror araşdırmalar aparır" , - deyə Arif Güran əlavə edib.
O, həmçinin Narinin cəsədini dərə yatağına basdıraraq gizlədən və cinayətdə şübhəlilərdən olan Nevzat Bahtiyar haqqında da danışıb.
"Hər axşam məsciddə yanımda oturan adamdır, amma yanında oturduqda belə insanların çirkin üzlərini görə bilmirsən" , - deyə Arif Güran qeyd edib.



Narinin bacısı da öldürülüb? - Şok faktlar
Narin olayında yeni FAKTLAR
Narinin ölüm səbəbi bəlli oldu
Narin cinayəti: Şübhələr yenidən qardaşa yönəlir
Narin cinayətində şok səsyazısı üzə çıxdı: Sağdır?
Həqiqət üzə çıxdı: Əmisi ilə anasını birgə görən Narin…
Narin cinayəti: Anası və qardaşı da qətlin içindədir?
Narinin ölümü ilə bağlı YENİ DƏHŞƏTLİ FAKT
Ərdoğandan Narinlə bağlı açıqlama
Narin Güran cinayətində yeni FAKT
Narin necə öldürülüb? - TƏFƏRRÜATLAR
İrəvanda həbslər davam edir: Bu dəfə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 