Türkiyənin Diyarbəkir bölgəsində 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Güran cinayətində diqqətlər yenidən azyaşlının qardaşı Enes Gürana yönəlib.
ONN media xəbər verir ki, bu barədə "Milliyyət" məlumat yayıb.
Məlumatda Enesin təzadlı, eyni zamanda yalan ifadələr verməsi, hər nə qədər Narinin dırnağında qardaşına aid DNA nümunəsi tapılmasa da, Enesin qolundakı ikinci diş izinin Narinə aid ola biləcəyi ehtimalını gücləndirdiyi bildirilib.
Jandarma nümayəndələrinin fikrincə, Narin Enes tərəfindən öldürüldükdən sonra onun cəsədi ailənin qərarı ilə kənddə kriminal ailə kimi tanınan Nevzat Bəxtiyara təslim edilib.
Enesin qolundakı ikinci diş izinin kimə aid olmasının istintaqın gedişatına böyük təsiri olacağını deyən ekspertiza səlahiyyətliləri isə Narinin çürüməyə başlayan cəsədi üzərində istismar və ya istismara cəhd olub-olmadığını hazırda müəyyən etməyin çətin olduğunu bildiriblər.
Araşdırma nəticəsində həmçinin Narinin anası Yüksəl Güranın Salim Güran ilə hər hansı telefon danışığı etmədiyi, mesajlaşmadığı, Salimin telefon nömrəsinin ümumiyyətlə Yüksəlin telefonunda qeyd olunmadığı təsbit edilib.
Zəng və mesajlarını silən tək şübhəli Salim Gürandır.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər. İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.



Narin cinayəti: Anası və qardaşı da qətlin içindədir?
Narinin ölüm səbəbi bəlli oldu
Həqiqət üzə çıxdı: Əmisi ilə anasını birgə görən Narin…
Narin cinayətində şok səsyazısı üzə çıxdı: Sağdır?
Narinin bacısı da öldürülüb? - Şok faktlar
Narin olayında yeni FAKTLAR
Ərdoğandan Narinlə bağlı açıqlama
Narinin ölümü ilə bağlı YENİ DƏHŞƏTLİ FAKT
Narin Güran cinayətində yeni FAKT
Narinin atasından İLK AÇIQLAMA
Narin necə öldürülüb? - TƏFƏRRÜATLAR
Gəncədə dağıntılar altında qalan iki azyaşlının meyiti tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 