Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müraciətdə yeni tədris ili başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq polis, o cümlədən DYP tərəfindən zəruri təşkilati-əməli işlər görüldüyü, şəxsi heyətin gücləndirilmiş iş rejimində çalışdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, lakin yollarda sıxlığın azaldılmasına xidmət edən qabaqlayıcı tədbirlər yalnız hərəkət iştirakçılarının məsələyə adekvat yanaşması ilə effektiv nəticə verə bilər.
“Təsadüfi deyil ki, təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə sıxlığın, tıxacların yaranması məhz həmin təhsil ocaqlarına fərdi avtomobillə gələn şəxslərin dayanma, durma və parklama qaydalarını kobud şəkildə pozmasından qaynaqlanır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün təhsil ictimaiyyətini təbrik edir, bununla yanaşı, təhsil müəssisələrinə şəxsi nəqliyyat vasitələrində gələn sürücülərə, xüsusilə övladlarını məktəbə fərdi minik avtomobilində aparıb-gətirən valideynlərə müraciət edərək onlardan digər hərəkət iştirakçılarına süni maneələr yaratmamağı, xüsusilə paytaxtda nəqliyyat sıxlığını nəzərə alaraq, mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, yaxın məsafələri piyada qət etməyə üstünlük verməyi xahiş edir, gənc nəsildə yol hərəkəti mədəniyyətinin formalaşmasına töhfə verməyə, bu işdə şəxsi nümunə göstərməyə çağırır”, - deyə müraciətdə qeyd olunur.



DYP valideynlərə müraciət etdi
Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
Yol polisi sürücülərə və piyadalara XƏBƏRDARLIQ ETDİ
DYP-dən yeni tədris ili ilə bağlı müraciət
BNA -dan yeni tədris ili ilə bağlı MÜRACİƏT
DYP-dən məktəblərin açılması ilə bağlı müraciət
"Son zəng"lə bağlı vətəndaşlara müraciət
DYP bayramla əlaqədar sürücülərə müraciət edib
Novruz bayramında rayonlara getmək istəyənlərə MÜRACİƏT
Nazir əmr imzaladı: Polis gücləndirilmiş rejimə keçir
Yol polisindən yeni dərs ili ilə bağlı MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 