ONN media xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti təhsil ilinin başa çatması ilə əlaqədar vətəndaşlara müraciət edib.
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu münasibətlə orta məktəblərdə keçirilən “son zəng” tədbirləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək:
“Məlumdur ki, həmin gün məktəblərdə bayram tədbirləri keçiriləcək. Buna görə də vətəndaşlara müraciət edirik ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı son dərəcə diqqətli olsunlar. Xüsusilə məzunlar, sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi ilə bağlı sürücülər unutmasınlar ki, inzibati xəta tərkibi yarana bilər.
Unutmasınlar ki, hər an yol qəzaları törədilə bilər. Həmin gün təhsil müəssisələrinin yerləşdiyi ərazilərdəki küçə və yollarda nəzarət gücləndiriləcək və yol polisi əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparacaqlar”.
V.Əsədov bildirib ki, həmin ərazilərdə həmçinin avtomobillərin parklanması, dayanma və durma qaydalarına riayət edilməlidir. Yol polisləri tədbirlər başa çatana qədər həmin ərazilərdə, dayanma, durma və parklanmaya ciddi nəzarət edəcək, qaydaları pozan sürücülər barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək:
“Həmin ərazidə süni sıxlığın yaranmaması və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təmin edilməsi üçün sürücülərdən xahiş edirik ki, dayanma, durma və parklanma qaydalarına düzgün riayət etsinlər, piyadalar isə gəzintiyə çıxarkən yalnız onlar üçün nəzərdə tutulan zolaq üzrə hərəkət etsinlər və səkilərdən istifadə etsinlər”.



DYP bu şəxslərə müraciət etdi
Yol polisindən "Son zəng"lə bağlı xəbərdarlıq
Polis gücləndirilmiş rejimə keçir - “Son zəng”ə görə
Vəzifəli şəxs təqaüdə göndərildi
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
DYP-dən yeni tədris ili ilə bağlı müraciət
Yol polisi karantin rejimi ilə bağlı daha bir çağırış etdi
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
DYP-dən XƏBƏRDARLIQ: “Hava şəraitinə uyğun sürət həddi seçsinlər”
Xızı polisi qara görə gücləndirilmiş iş rejiminə keçdi
Bu sürücülər 300 manat cərimə edilir - XƏBƏRDARLIQ
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 