Hazırda Azərbaycanda qızılca riski davam edir. 2023-cü ilin aprel ayından etibarən qızılca xəstəliyinin alovlanması qeydə alınıb. Xəstəliyin alovlanması nəticəsində, əsasən, qızılcaya qarşı peyvəndi olmayan uşaqlar və yeniyetmələr xəstələnib.
Artıq bu gündən Azərbaycanda yeni tədris ili başlayıb. Məktəblərin açılması ilə uşaqların eyni qapalı məkanda və bir-biri ilə sıx təmasda olması, müxtəlif infeksiyaların, o cümlədən qızılca xəstəliyinin yayılmasına səbəb ola bilər.
Bəs, bu xəstəliklərin qarşısını necə almaq olar?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Trend"in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısını almaq və profilaktik tədbirləri gücləndirmək məqsədilə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər uşaqlar və 11-40 yaş arasındakı əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48.734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək (QPM) vaksini və qızılca-məxmərək (QM) əleyhinə vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir" , - deyə əlavə edilib.
Məsələ ilə bağlı açıqlama verən pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, sentyabr ayından etibarən virusların aktiv olduğu dövr başlayır.
"Xüsusən payız fəslində viral infeksiyalar daha çox yayılır. Bağçaların və məktəblərin açılması altı yaşa qədər uşaqlar arasında infeksiyaların yayılmasına səbəb olacaq.
Bunun qarşısını almaq üçün bir neçə yol var. Birinci növbədə düzgün qidalanma, yuxu rejiminin qaydasında olması vacibdir.
Bundan əlavə, peyvəndlənmə və vaxtında həkim qəbulunda olmaq infeksiyaların qarşısını almağa kömək edə bilər" , - deyə o əlavə edib



Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ AÇIQLAMA
Azərbaycana qızılcaya qarşı vaksin gətirildi - Rəsmi
Nazir göstəriş verdi: 20-40 yaş arası hərkəs...
Səhiyyə Nazirliyindən əhaliyə QIZILCA ilə bağlı müraciət
Qızılcanın yayılma səbəbi nədir?
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı AÇIQLAMA
Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz - RƏSMİ
Qaxda qızılcaya ilk yoluxma qeydə alınıb
Qızılcaya yoluxma ilə bağlı təhlükəli vəziyyət gözlənilir?
DİQQƏT- Əhaliyə pulsuz vaksin vurulacaq
Səhiyyə Nazirliyi Şəkidə qızılcaya yoluxma ilə bağlı məlumat yayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 