Kibertəhlükəsizlik mütəxəssisləri Livanda 9 nəfərin ölümü, 3 minə yaxın insanın yaralanması ilə nəticələnən peycer hücumunu qiymətləndirib.
ONN media xəbər verir ki, müharibə tarixində ilk dəfə baş verən bu hücum təkcə təsiri ilə deyil, həyata keçirilmə üsulu ilə də dünya gündəmindədir.
Kibertəhlükəsizlik mütəxəssislərinin verdiyi məlumata görə, peycer və ya cib telefonu kimi hər kəsin sahib olduğu texnologiya cihazları bu gün kibertəhlükəsizlik baxımından risk yaradır. Belə ki, SİM kart və internetə çıxışı olan bütün cihazlar ələ keçirilə bilər.
Bəs bu qurğular uzaqdan necə partladılır?
İçərisində olan kimyəvi maddələr uzaqdan verilən əmrlə cihazı qızdıraraq aktivləşdirilir. Bu şəkildə batareyanı partlatmaq mümkündür. Lakin bu batareyalar kiçik olduğu üçün onların ölümcül ziyan vurması mümkün deyil. Müdafiə sənayesi mühəndisləri isə smartfonların daxili mühafizəyə malik olduğunu və onların batareyalarının uzaqdan partlaya bilməyəcəyini bildiriblər.
Peycerlər ağıllı cihaz olmadığı üçün uzaqdan idarəetmə yalnız fiziki müdaxilə ilə mümkündür. Livan hadisəsində sifarişin bir şəkildə izlənildiyi, istehsal sahəsindəki peycerlərə və ya tədarük zəncirinin bir nöqtəsində 15-20 qram partlayıcının yerləşdirildiyi və bu partlayıcıların bir mesajla aktivləşdirildiyi ehtimal edilir.
Mobil telefon internetə qoşulmuş hər hansı digər cihaz kimi uzaqdan idarə oluna bilər. Bu, kompüterlər, ağıllı avtomobillər, soyuducular və televizorlar kimi bir-biri ilə danışan bütün ağıllı cihazlara da aiddir. Kiçik cihazlardakı batareyalar uzaqdan işə salınsa belə, ölümcül zərər verə bilməz. Bununla belə, təhlükəsizlik problemi yarada bilər. Buna görə də internetə çıxışı olan hər bir cihazda kibertəhlükəsizlik olmalıdır.



Bu ölkə ilk dəfə Rusiyanı kibertəhdid adlandırdı
Səlcuq Bayraktar Livandakı peycer partlayışından 2 gün öncə XƏBƏRDARLIQ EDİB
Nazirlikdən internet istifadəçilərinə XƏBƏRDARLIQ
Hakerlər 15 min insanı bu yolla zəhərləməyə cəhd göstərdi - ŞOK
Telefonumuzun kamerasından izlənirikmi? - Ağıllı smartfon istifadəçilərini qorxudan detallar üzə çıxdı
"Android" sistemində təhlükəli boşluq aşkar edildi
Bunun sayəsində telefon enerjisiz qalmayacaq
XİN: "Livandakı səfirliyə təxliyə ilə bağlı heç bir azərbaycanlı müraciət etməyib"
“Rusiya NATO ölkələri üçün təhlükədir” - Fransa XİN
Suya düşmüş telefonu necə xilas etmək olar?
NATO-da TikTok qadağası
Peşə məktəblərində də təhsil haqqı artırılıb? - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 