ABŞ-ın Florida ştatının Oldsmar şəhərinin su təchizatı sistemi hakerlərin hücumuna məruz qalıb. ONN media xəbər verir ki, hakerlər 15 min nəfər əhalisi olan şəhərin suyunda qələvi səviyyəsini artırıb. Belə ki, müəssisənin işçisi kiminsə kompüterə daxil olduğunu görüb. Bundan sonra kanalizasiya təmizləyicisinin əsas komponenti olan natrium hidroksidin tərkibi 100 ppm-dən 11,100 ppm-ə dəyişib. Təhlükəli dozada olan kimyəvi maddə sakinlərin evinə çatsa, 24-36 saat ərzində ciddi zəhərlənmələr yarada bilərdi. Şəhərin şerifi Bob Kaltyeri ciddi zərər olmadan hücumun dayandırıldığını açıqlayıb. Florida senatoru Marko Rubio Tvitter səhifəsində su təchizatında zəhərlənmə cəhdinin "milli təhlükəsizlik məsələsi" olaraq qiymətləndirilməli olduğunu yazıb. Şəhər suyunu çirkləndirə biləcək çirkab sutəmizləyici qurğulara bu cür kiberhücumların riskləri uzun müddət kibertəhlükəsizlik mütəxəssislərini narahat edir. Məsələ burasındadır ki, Amerika Birləşmiş Ştatları daxilində su qurğularının, habelə bəndlərin, neft və qaz boru kəmərlərinin operatorları sürətlə rəqəmsal sistemlərə keçirlər: bu, mühəndis və podratçılara uzaq iş yerlərindən müxtəlif kimyəvi maddələrin temperaturunu, təzyiqini və səviyyələrini izləməyə imkan verir. Lakin mütəxəssislər hakerlərin uzaqdan giriş əldə edə biləcəyi barədə xəbərdarlıq edir.
Hakerlər 15 min insanı bu yolla zəhərləməyə cəhd göstərdi - ŞOK



DƏHŞƏTLİ SOYĞUN: 40 milyon dolları görün necə oğurladılar
Hakerlər Ermənistanın ən böyük saytını ÇÖKDÜRDÜLƏR
Prezidentliyə namizədin biabırçı fotoları yayıldı
İstanbul üçün dəhşətli təhlükə- KƏSKİN AZALDI
Telefonumuzun kamerasından izlənirikmi? - Ağıllı smartfon istifadəçilərini qorxudan detallar üzə çıxdı
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ
Trampdan 3 ştatla bağlı XƏBƏRDARLIQ
Daha bir ölkəni "QARA SİYAHI"ya salındı
Qulaqlıqlar təhlükəli silah kimi istifadə edilə bilər
14 yaşdan kiçiklər üçün sosial media qadağası
Azərbaycanın kiberməkanına İrandan hücumlar edildi
Baş nazirin hesabı ələ keçirildi – Çindən şübhələndilər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 