Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb.
ONN media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
“Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi.
2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əməkhaqqındakı artım faizi 11.3 faiz olub. Bununla yanaşı, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu, o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət ikirəqəmli artımdan gedir.
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”,- deyə o bildirib.



Bu tarixdə maaşlar 12% artacaq - Deputat AÇIQLADI
Minimum əməkhaqqı və pensiyalar nə qədər artacaq?
Minimum əmək haqqı nə qədər artacaq?
Pensiyalar nə qədər artacaq?
Pensiya alanlara ŞAD XƏBƏR
Minimum maaş yenidən artacaq
Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq?
Gələn il pensiyalar bu qədər artacaq
Maaş və pensiyalar 40 faizə qədər artacaq - Deputat AÇIQLADI
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Maaşlar arta bilər?
Pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bu aydan...
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 