Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib.
ONN media xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.
Bu qaydalar “Təhsil haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb və ali təhsil müəssisələrində (o cümlədən onların nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarında, elmi tədqiqat mərkəzlərində, təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji müəssisələrində, sahə və elmi tədqiqat laboratoriyalarında, hesablama mərkəzlərində, rəsədxanalarda, təcrübə stansiyalarında, muzeylərdə, elmi kitabxanalarda və s.) elmi tədqiqat və elmi-metodiki işlərin təşkilini tənzimləyir.
Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin müvafiq vəzifələrə seçkisi və təyin olunması zamanı nəzərə alınacaq.
Elmi tədqiqat işlərinin təşkilinə gəlincə, mövzular və plan üzrə icra müddəti tədris ilinin əvvəlində ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən təsdiq olunur.
Elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması, elmi-texniki yeniliklərin əldə olunması və tətbiq edilməsi məqsədilə ali təhsil müəssisəsi elmi fəaliyyəti tənzimləyən struktur bölmələrinin tabeliyində (nəzdində) tələbə elmi cəmiyyətləri, layihə, konstruktor büro və mərkəzləri, laboratoriyalar, elmi istehsalat birlikləri, kooperativlər, biznes inkubatorları, texnoparklar, startaplar və digər müəssisələr yarada bilər.
Ali təhsil müəssisələrinin nəzdində elmi müəssisə və təşkilatların, eləcə də onların tabeliyində qurumların yaradılması, yenidən təşkili və texniki təminatı ali təhsil müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsait (ayrıldığı halda), fəaliyyətindən əldə olunmuş gəlir, o cümlədən ödənişli təhsildən əldə edilən vəsait, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunla qadağan olunmayan digər maliyyə mənbələri hesabına həyata keçirilir.
Ali təhsil müəssisələrində elmi tədqiqat işləri aşağıdakı şəxslər tərəfindən yerinə yetirilə bilər:
- professor-müəllim heyəti;
- elmi işçilər;
- mühəndis-texniki işçilər;
- ali təhsil müəssisələrinin nəzdində olan klinik xəstəxanaların mütəxəssisləri;
- doktorantlar (fərdi iş planlarına müvafiq);
- tədqiqatçılar (saathesabı qaydada dərs deyən professor-müəllim heyəti, ştatdankənar, müqavilə əsasında çalışan əməkdaşlar və s.);
- stajor müəllimlər;
- tələbələr (kurs işi, buraxılış işi, magistrlik dissertasiyası, tədris planlarında nəzərdə tutulmuş digər tədqiqat işlərinin yerinə yetirilməsi gedişində, tələbə elmi cəmiyyətlərində, həmçinin ali təhsil müəssisələrinin kafedra, elmi müəssisə və təşkilatlarında).
Ali təhsil müəssisəsinin rəhbəri elmi tədqiqat işlərinin yerinə yetirilməsində yalnız mövzunun elmi rəhbəri kimi iştirak edə bilər. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələri hər təqvim ili üzrə dekabrın 15-dək elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müəyyən edilmiş formada hesabat təqdim etməlidir.
Bundan başqa, elmi-metodiki işin əsas hissəsi kafedralarda həyata keçirilir. Kafedralarda aparılan elmi-metodiki işlərin ümumiləşdirilməsi fakültələr üzrə, fakültələrdə aparılan işlərin ümumiləşdirilməsi isə ali təhsil müəssisəsi üzrə aparılır. Kafedralarda və digər struktur bölmələrdə aparılan elmi-metodiki işlərin nəticələri müntəzəm olaraq ali təhsil müəssisəsinin Elmi Şurasında müzakirə olunur və qiymətləndirilir. Kafedralarda aparılan elmi-metodiki işin məqsədi kafedranın professor-müəllim heyəti tərəfindən tədris olunan fənlər üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi, fənlər üzrə tədris-metodiki sənədlərlə təminatın yaxşılaşdırılması, professor-müəllim heyətinin pedaqoji kvalifikasiyasının artırılmasıdır.



AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
Təhsil sahəsində 25 il stajı olanların NƏZƏRİNƏ
Əli Əsədov qərar imzaladı
Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlərin DİQQƏTİNƏ
Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat verilir 5000 manat
Bu xəstəxana koronavirus xəstələrinə AYRILDI
Bu instituta direktor axtarılır
Magistratura ilə bağlı bu qayda sentyabrdan qüvvəyə minir
AMEA Qarabağda tədqiqat işlərinə başladı
Ali məktəblərdə YENİLİK OLACAQ
Nazirlər Kabinetindən bu universitetlə bağlı qərar
Fəlsəfə və elmlər doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 