Abşeron rayonunun Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinin sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı araşdırma aparılır.
ONN media xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi araşdırmanın nəticəsi ilə bağlı açıqlama yayıb.
“Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən, “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib.
Eləcə də, Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb” , - məlumatda bildirilib.
Qeyd edək ki, F.Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazısında müəllimlərdən pul tələb etdiyi iddia edilir. Müəllimlərlə iclas zamanı xəlvəti qeydə alındığı ehtimal olunan səs yazısında direktor xaricdən son model “GL Mersedes” gətirtdiyini, özünün və qızlarının evi olduğunu, hər cür imkanı olduğunu vurğulayır. Qeyd edir ki, lazım gəlsə öz hesabına bağça üçün hər şeyi edər, amma hazırda həmin bağçada çalışan müəllimlərlə işləmək istəmir: “Mən heç bir müəllimlə işləməyəcəyəm. Ya həddə-kəməndə gələcəksiniz, ya elə edin ki, sabah qapımda durub bir şey xahiş edəndə, mən də sizə keçim.
...Siz məni dolamısınız. 24 uşaqdan cəmi 3 uşağın fond pulunu Yeganə müəllim gətirib. Mən 1135 manat jalüz ustasına pul göndərməliyəm. Problem deyil, o pulu mən evimdən də göndərə bilərəm. Amma niyə? Nə qədər siz burada oturub özünüzü yelləyəcəksiniz?”



Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
Sosial şəbəkələrdə səs yazısı yayılan müəllimin aqibəti necə oldu?
Valideynlərdən pul tələb edən müəllimin aqibəti necə oldu?
Təhsil Nazirliyindən məktəb direktorunun səs yazısı ilə bağlı açıqlama
Azərbaycanda bağça müdirinə cinayət işi açılıb
Prezident körpələr evi-uşaq bağçasının açılış mərasimində
Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
Oğuzda bağçada uçqun oldu
Müəllimlərdən pul tələb edən direktorun səs yazısı yayıldı
Ölkədə yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA
Mehriban Əliyeva uşaq bağçasının açılışını edib
Sevinc Abbasova vəzifəsinə geri qayıdacaq?- RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 