Marketdən alınan çörəyin içindən həşərat çıxıb.
ONN media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.
Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb. "Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi",- deyə qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, fakt araşdırılacaq.
"Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- deyə açıqlamada bildirilir.
Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür.



İYRƏNC OLAY- Makaronun içindən elə birşey çıxdı ki...
Marketdən çörək aldı, içindən görün nə çıxdı - FOTO
Azərbaycanda azyaşlı çipsdən zəhərlənib? - AQTA-dan açıqlama
Bakıda İYRƏNC hadisə - Meyvə şirəsindən naməlum maddə çıxdı
İçməli su ilə bağlı vətəndaşlara müraciət
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
Ərzaqla bağlı əhaliyə MÜHÜM ÇAĞIRIŞ
Bakıda məşhur şirniyyat evini siçovul basdı- VİDEO
Bakıda insanları ölümə aparan çörəklər satılır — EHTİYATLI OLUN! + FOTO
Dönərxanalarla bağlı yeni layihə həyata keçiriləcək
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 