Arak şəhərindən olan azərbaycanlı dağçı 60 yaşlı Həsən Səfəri İranın Əlbürz dağında itkin düşüb.
ONN media xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Bildirilib ki, azərbaycanlı alpinist sentyabrın 18-də Əlbürzün zirvəsi Dəmavəndə yola düşüb, onu zirvəyə qalxan vaxt iki başqa alpinist görüb.
“Deyilənə görə, o, zirvədən qayıdan zaman hava buludlu olub, buna görə də Səfərinin yolu itirdiyi ehtimal olunur”, - məlumatda vurğulanıb.
Səfərinin ailəsi Qızıl Aypara Cəmiyyəti və başqa əlaqədar dövlət qurumlarının axtarış əməliyyatlarının kifayət qədər intensiv aparılmadığına görə dağçılara müraciət edib və onlardan azərbaycanlı alpinistin tapılması üçün səfərbər olmalarını xahiş edib.
Qeyd edək ki, bundan əvvəl avqustun 16-da təbrizli alpinist Əmir Səfəri də eyni yerdə itkin düşüb və bu günə kimi onun taleyindən xəbər yoxdur.



İtkin düşən azərbaycanlı alpinistlərin axtarışı dayandırıldı
Alp dağlarında 26 il əvvəl itkin düşən şəxsin cəsədi tapıldı - FOTO
Azərbaycanlı hərbçi itkin düşdü
Everestdə rusiyalı alpinist həlak olub
Everestdə daha bir alpinist həlak oldu
Londondakı 310 metrlik “Shard” göydələninə alpinist qalxdı
3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...
Bakıda kişi maşını ilə birgə yoxa çıxdı
Xırdalanda 30 yaşlı qadın itkin düşüb
Azərbaycanlı xanım alpinistlər Savalanda öldülər
Belçikada azərbaycanlı itkin düşdü
İsveçrədə qar uçqunu- ÖLƏNLƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 