AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən "Candy Kids" adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.
"Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər, uşaq anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan üç gün sonra çek-ap, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götürtmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm, nə məsələdir".
Həmid Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib:
"Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm... Görüntülərə də baxa bilmirəm".
Həmid Əsədzadə bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib:
"Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları 15 gündən sonra çıxacaq. Övladım üç-dörd ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik. "Candy Kids" uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə baş verəndən sonra uşağı poliklinikaya bağçanın aşpazı çatdırıb. Dünən soruşdum ki, bəs uşağın müəllimi harada olub? Dedilər, rayona gedib.
Uşaqlara aşpaz baxırmış. Buna çox əsəbiləşdim. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu da məni çox əsəbiləşdirdi. Dedim ki, bəlkə, siz nəsə bilirsiniz, gəlin deyin. Bağça rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verirmişlər. Onlar daha sonra məscidə gəldilər".



Ruhəngiz Qasımova harada rəhmətə gedib?
Bədbəxt hadisə- 7 yaşlı körpə öldü
Uşaq bədbəxt hadisə nəticəsində ölüb
10 yaşlı uşaq naməlum səbəbdən ölüb
Neymar məğlubiyyətdən sonra ilk dəfə danışdı
Subay qadınlar övladlığa uşaq götürə bilərmi?
Məşhur rusiyalı aktrisa VƏFAT ETDİ
Əməkdar artist övladlığa uşaq götürüb
Biləsuvarda dəhşət yaşanıb- 2 yaşlı uşaq...
Azərbaycanda doğuş zamanı uşaq xəsarət aldı - HƏKİM SƏHLƏNKARLIĞI
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı AÇIQLAMA
Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 