Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb. Xanəndə bu barədə Space TV-də yayımlanan “Həmin vaxt” adlı verilişdə danışıb.
ONN media xəbər verir ki, Əməkdar artist dörd aydır qız uşağını övladlığa götürüb: “Mənim üçün çox məsuliyyətli və cəsarətli bir addım oldu. Uşaq anadan olan kimi, onu övladlığa götürdüm. Artıq dörd ay tamam olub. Əslində bu xəbəri heç kimlə bölüşmək istəmirdim. Sadəcə qatıldığım verilişdə etiraf etməyimi istədilər. Mən də içimdən gəldiyi üçün hər şeyi danışdım. Düşünürəm ki, bundan gözəl etiraf olmazdı. Övladlığa uşaq götürmək şəxsən mənim üçün çox çətin bir qərar idi. Bir ildir ki, bu addımı atmağı düşünüb, götür-qoy edirdim”. Nigar Şabanova ailə qurmasa da uşaq eşqi ilə alışıb yandığını dilə gətirib: “Subayam. Gələcəkdə ailə quracağam. Amma çox istəyirdim ki, indi qucağıma bir övlad alım. Böyüsün və məni tezliklə “mama” deyə çağırsın. Mən qız övladlarını çox sevirəm. Bilmirəm, ailə qurandan sonra qızım olacaq ya yox, amma istədim ki indi bir qız uşağım olsun və onu böyüdüm. Heç olmasa qırx yaşım olanda onun da on yaşı olsun”. Xanəndə redaksiyamızın əməkdaşı ilə söhbətində, övladlığa götürdüyü uşağın valideynlərinin ondan imtina etdiklərini bildirib: “Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm. İnanın ki, uşağa olan hislərimi dilə gətirə bilmirəm. Qucağımda oynadıram, mənə baxır, gülməyə başlayır. Qucağımdan yerə qoyan kimi ağlayır. Analıq necə də kövrək hisslərdən ibarətdir. Tamam fərqli hisslər yaşayıram. İndi onun ilk addımlarını gözləyirəm. Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam”. Əməkdar artist, hələ də qəlbini ovsunlayacaq namizədin olmadığını dilə gətirib: “Əgər bir insanda uşağa qarşı məhəbbət, sevgi yoxdursa, bu cür şəxslə ailə həyatı qurmağa belə dəyməz. Çünki uşaq günahsız bir varlıqdır. Hələlik ailə qurmaq istədiyim namizəd yoxdur. İndi görək də, bundan sonrakı namizədlərim məni uşaqla qəbul edəcəklər, ya yox (gülür). Əsas odur ki, uşaqla birgə qəbul etsinlər. Çünki məni sevən, mütləq onu da sevməlidir”. Qeyd edək ki, Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü qız övladına Nəfsə adını verib.(oxu.az)Əməkdar artist övladlığa uşaq götürüb



Subay qadınlar övladlığa uşaq götürə bilərmi?
“ANS”-in tanınmış aparıcısı övladlığa uşaq götürür
Nigar Şabanova sənətdən gedir: Səbəbini açıqladı...
Əməkdar artist koronaya yoluxdu: Nəfəs dayanır
Bu il Azərbaycanda 99 uşaq övladlığa verilib
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
Əcnəbilərə övladlığa verilən Azərbaycanlı uşaqların sayı açıqlandı
Övladlığagötürmə asanlaşır - QANUN DƏYİŞİR
Övladlığa uşaq götürmək istəyənlərin NƏZƏRİNƏ- QADAĞA aradan qaldırıldı
Rəmişin həyat yoldaşından ŞOK ADDIM
XTQ gizirinin həyat yoldaşı Nigar Şabanovaya VƏZİFƏ VERİLDİ
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 