Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən prosesləri təhlil edən, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak edən, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.
Azərbaycanda yeni qurum yaradıldı



İlham Əliyevdən Tərcümə Mərkəzi ilə bağlı — FƏRMAN
Əmək müqaviləsinin nümunəsi təsdiqləndi - FƏRMAN
Bakı bulvarı ilə bağlı mühüm qərar
Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edildi
İlham Əliyevdən mühüm FƏRMAN
İlham Əliyev fərman imzaladı
Azərbaycanda yeni mərkəz yaradılır
Prezident FƏRMAN İMZALADI
İlham Əliyevdən Turizm Agentliyi Aparatının fəaliyyəti ilə bağlı fərman
Prezident İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 