Prezident İlham Əliyev Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
ONN media-nın məlumatına görə, müəyyən edilir ki, Tərcümə Mərkəzinin (bundan sonra – Mərkəz) təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin; Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.



Azərbaycanda yeni qurum yaradıldı
Əmək müqaviləsinin nümunəsi təsdiqləndi - FƏRMAN
Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edildi
Bakı bulvarı ilə bağlı mühüm qərar
Prezident FƏRMAN İMZALADI
İlham Əliyev fərman imzaladı
İlham Əliyevdən mühüm FƏRMAN
İlham Əliyev sərəcam imzaladı
Prezident İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev SƏRƏNCAM İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 