Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.
“Qafqazinfo” xəbər verir ki, Mehriban Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib.
Birinci vitse-prezident burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.
Mərkəzin baş həkimi İradə Musayeva Mehriban Əliyevaya məlumat verib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdiriblər.
Heydər Əliyev Fondunun prezidentinə müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib. Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.



Mehriban Əliyeva Gəncədə - FOTO
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində oldu
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Mehriban Əliyeva təşəkkür etdi
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Mehriban Əliyeva uşaq bağçasının açılışını edib
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü
İlham Əliyev və Mehriban Əliyeva Qubada
Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində
Rusiya portalında Mehriban Əliyeva haqda məqalə dərc edildi
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Qubadlı sakini Mehriban Əliyevaya kəlağayı bağışladı - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 