Oktyabrın 31-də Bakının Xətai rayonundakı Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən istifadəyə verilib.
ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılmış şəraitlə tanış olublar.
Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi ötən müddətdə istismara yararsız vəziyyətə düşdüyünə görə təmirə ehtiyac yaranmışdı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir tələblər səviyyəsində təmir olunub.
Yüz yerlik uşaq bağçası-körpələr evi zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb, uşaqlar üçün oyun meydançası yaradılıb.
Qeyd edək ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərilir. Uşaq bağçalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bu baxımdan mühüm rol oynayır.
Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.



Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
Prezident körpələr evi-uşaq bağçasının açılış mərasimində
Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda körpələr evi istifadəyə verildi
Mehriban Əliyeva Uşaq Mərkəzində
Oğuzda bağçada uçqun oldu
Tovuzda uşaq bağçası bağlandı - NİYƏ?
Prezident və xanımı açılışda - YENİLƏNDİ
Mehriban Əliyeva bir sıra təhsil müəssisələrində olub
Mehriban Əliyeva təşəkkür etdi
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Mehriban Əliyeva Bakıda uşaq bağçasının açılışında - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 