Bu gün Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. ONN media xəbər verir ki, iclasda internet media resurslarının maliyyələşməsi məsələsi üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. O da qeyd olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media ilə bağlı ayrıca qanunun olması da şərtdir.(qafqazinfo.az)
Saytların maliyyə məsələsi müzakirə edildi



Əflatun Amaşov Milli Məclisdə saytların məsələsini qaldıracaq
Bu kanallar “televiziya” sayılmayacaq
Bu axşam Bakıda İNTERNET OLMAYACAQ
“2018-də internet mediasına diqqət artacaq, “reket mətbuat”la mübarizə sərtləşəcək”
Saytlara nə zaman maliyyə ayrılacaq?
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan internetinə yaratdığı RİSKLƏR
Bu ərazidə iki gün internet olmayacaq
Dəstək göstəriləcək saytların siyahısı hazırlanır - MEDİA
Qazaxıstanda yenidən internet kəsildi
İnternet xidmətinə görə ödəniş vaxtı dəyişdi
Bu tarixdən “Windows 7” və “XP”də olan klassik oyunlar ləğv ediləcək
Azərbaycanda bu internet provayderləri ləğv edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 