Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib. XİN-dən ONN media -ya verilən məlumata görə, kommünikedə bildirilib ki, fevralın 19-20-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclası keçirilib. Danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - X.Xələfov), İran İslam Respublikasının (rəhbəri R. Ahari), Qazaxıstan Respublikasının (rəhbəri Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri İ.Bratçikov) və Türkmənistanın (rəhbəri M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər. Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün prosedur qaydalarını qəbul ediblər. Beşinci Xəzər Sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri nəzərdən keçirilib, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verilib. Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub. Layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcək. Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndiriblər və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildiriblər. Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası bu ilin aprelində Qazaxıstanda keçiriləcək.
Xəzər dənizi ilə bağlı kommünike qəbul edildi



Ölkə başçısı Xələf Xələfovla bağlı sərəncam imzaladı
Bakı və Aşqabad arasında Xəzərlə bağlı iclas keçirilib
Azərbaycan və Rusiya arasında Xəzərlə bağlı məsləhətləşmələr keçirildi
Azərbaycan və Türkmənistan arasında birgə işçi qrupun iclası keçirildi
MM 2 işçi qrupuna yeni rəhbərlər seçdi
Nazirlik bu görüşün Bakıda keçiriləcəyini təsdiqləyib
Xəzər dənizi sahilində 127 qanunsuz tikili müəyyən edilib
Üç deputata yeni vəzifə verilib
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu - YENİLƏNDİ
İlham Əliyev sərəncam imzaladı
XİN Azərbaycan-Rusiya danışıqları barədə məlumat yaydı
Xəzər dənizi ilə bağlı daha bir bədbin proqnoz
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 