Prezident İlham Əliyev Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
ONN media qafqazinfo.az -a istinadən bildirir ki, sərəncama əsasən, Xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi təyin edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə xarici işlər nazirinin müavini Xələf Alı oğlu Xələfovun bu sərəncamın 1-ci hissəsində göstərilən Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi təyin edildiyi barədə Xəzəryanı dövlətlərə bildiriş göndərmək tapşırılıb.
Xatırladaq ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib. Bu sənədlərə əsasən, Xəzəryanı dövlətlərin dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul ediblər. Həmin qərara uyğun olaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradıblar.



Azərbaycan və Rusiya arasında Xəzərlə bağlı məsləhətləşmələr keçirildi
Xəzər dənizi ilə bağlı kommünike qəbul edildi
Bakı və Aşqabad arasında Xəzərlə bağlı iclas keçirilib
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FHN-ə yeni səlahiyyət verildi
Azərbaycan və Türkmənistan arasında birgə işçi qrupun iclası keçirildi
Prezident Xələf Xələfovu İŞDƏN AZAD ETDİ
İlham Əliyev sərəncam imzaladı
Xələfovdan SƏRHƏD AÇIQLAMASI
Nazirlik bu görüşün Bakıda keçiriləcəyini təsdiqləyib
XİN Azərbaycan-Rusiya danışıqları barədə məlumat yaydı
Prezident Xələf Xələfovu vəzifəsindən azad etdi
Xələf Xələfov Almaniya Federativ Respublikasına səfər edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 