Kiyev Kerç boğazında növbəti provokasiyaya hazırlaşır. ONN media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ukrayna gəmiləri təhlükəsizlik tədbirləri olmadan sorğu-sualsız sözügedən su hövzəsinə daxil olmağı planlaşdırır. XİN rəhbəri eyni zamanda əlavə edib ki, Kiyev gəmilərdə NATO nümayəndələrini də göndərməyi hədəfləyir.
Lavrovdan - Kerçdə provokasiya hazırlanır

