Ukrayna Rusiyadan azı 300 milyard dollar reparasiya (təzminat-red.) almaq niyyətindədir.
ONN media xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malüska Almaniyanın “Funke” mediaqrupunun nəşrlərinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir:
“Biz Rusiyanın aqressiv işğalçılıq müharibəsi ilə Ukraynaya vurduğu bütün ziyana görə təzminat almaq istəyirik”.
Eyni zamanda, DPA agentliyi qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalı nəticəsində Ukraynaya vurulan zərərin daha çox olduğu təxmin edilir.
Buna baxmayaraq, qeyd olunan məbləğ Rusiya Bankının sanksiyalar altında dondurulmuş “G7” ölkələrindəki aktivlərinə uyğundur.
Bildirilib ki, ədliyyə naziri bu vəsaitlərə, eləcə də Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə, eyni zamanda rusiyalı oliqarxların müsadirə edilmiş əmlaklarına çıxış tələb edib.
D.Malüska əlavə olaraq deyib ki, Almaniya ölkədə nə qədər Rusiya aktivinin yerləşdiyi barədə də məlumat verməlidir



42 ölkə Rusiyanın hərbi cinayətlərinə görə Haaqa məhkəməsinə müraciət
ABŞ-dan Rusiya ilə bağlı Ukraynaya qadağa
Ukrayna ABŞ-dan hərbi kömək istədi
Ukraynaya nə qədər ziyan dəyib?- Məbləğ açıqlandı
Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb
Almaniyadan Ukraynaya DƏSTƏK
Rusiya Ukraynaya nə qədər zərər vurub?
Putin Zelenski ilə görüşə hazırdır: "Ukrayna bir addım da geri atmayacaq"
Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi gerçəkləşdirilib
Berlində "həyəcan": Kiyev üçün 5 milyard çatmır
Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək
Ukraynaya ordu lazım deyil - Puşkov
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 