Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında ölüm hadisəsi baş verib.
ONN media xəbər verir ki, müəssisədə saxlanılan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Xudaverdiyev Namiq Vəli oğlu qəfil vəfat edib. Onun səhhətində hər hansı problemin olmadığı, qəfil keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, həbsxanada vəfat edən N.Xudaverdiyev keçən ilin martında Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən saxlanılıb. O, Babək prospektində yerləşən anbardan 6746 manat dəyərində təmir-tikinti alətlərinin oğurlamaqda şübhəli bilinib.
Ötən gecə Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında da ölüm hadisəsi baş verib.
Belə ki, keçən ay Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqda şübhəli bilərək saxladığı Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev müəssisədə cəfat edib.
Gecə saat 02 radələrində yerləşdirildiyi kamerada 55 yaşlı Ş.Musayevin meyiti tapılıb. Onun öz əcəli ilə öldüyü məlum olub.
Hər iki faktla bağlı araşdırma aparılır. Turkustan.info



Bakıda evdən 5 500 manat oğurlandı
Bakıda həbsxanada ölüm
Avtomobillərdən oğurluq edənlər saxlanılıb
Bakıda 1 milyonluq əməliyyat - Həbs edilənlər var
Bakıda mənzildən külli miqdarda pul oğurlandı
Azərbaycanda saxta pullar belə hazırlandı
Bakıda çimərlikdə şok hadisə - 35 min manatlıq saat və...
Bakıda evdən 4 min manatlıq qızıl oğurlandı
Polis və penitensiar xidmət birgə əməliyyat keçirdi
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ
Gəncədə 18 min manatlıq oğurluq
Azərbaycanda ŞOK CİNAYƏT - 2,7 milyon pul apardılar
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 